“Laba”nın oğlu 2 kubok qazandı - Foto

8 Noyabr 2015 10:57 (UTC+04:00)

AzNews.az Qafqazinfo-ya istinadən xəbər verir ki, 2001-ci il (və daha kiçik) təvvəllüdlü yeniyetmələr arasında baş tutan yarışmada Nərimanov rayon 207 saylı məktəbin şagirdi Kənan Pənahov 2 kubok qazanıb.

Komandasını çempion edən Kənan Pənahov şəxsi birincilik də əldə edib və 2 kuboka sahiblənib.

Qeyd edək ki, Kənan Pənahov "Laba" kimi tanınan ARDNŞ Təhlükəsizlik İdarəsinin rəis müavini, məşhur idmançı Mübariz Pənahovun oğludur.