“Neftçi”dən biabırçı məğlubiyyət

8 Noyabr 2015 21:07 (UTC+04:00)


"Neftçi" çempionatın autsayderi "Rəvan"ı qəbul edib. İlk qol meydan sahiblərindən gəlsə də, qonaqlar 19 dəqiqə ərzində 3 ardıcıl qol (47, 50, 66`) vurmaqla oyunun taleyini dəyişiblər.

Sonuncu dəqiqədə Ruslan Qurbanovun dublu "Neftçi"nin təsəlli qolundan başqa bir şey olmayıb - 2:3. Bu, "Rəvan"ın cari mövsümdə ilk qələbəsidir.

12 oyundan sonra "Neftçi" 13 xalla 6-cı, "Rəvan" isə 5 xalla sonuncu - 10-cu pillədədir.

Trend.az