Moskvada həyat iflic oldu

28 Oktyabr 2012 14:59 (UTC+04:00)
Moskvada yağan güclü qar həyatı iflic edib. Şəhərin mərkəzində iki nəfərin qarlı hava şəraiti səbəbindən xəsarət aldığı barədə hüquq-mühafizə orqanları tərəfindən məlumat yayılıb.

Rusiya mətbuatının məlumatına görə, qarın bəzi binaların dam örtüyunə vurduğu ziyan nəticəsində ətrafdan keçən 2 nəfərə xəsarət dəyib. Hər iki şəxs xəstəxanaya yerləşdirilib.

Rusiya paytaxtında bazar günü yağan qarın hündürlüyü 20 sm-ə qədər çatıb. Nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb. Havanın temperatutu kəskin aşağı enərək +2 - 4 dərəcə arasında dəyişib.


Elnarə Əlosmanqızı
AzNews.az