Tovuzda güclü partlayış - 12 yaşlı uşaq yaralandı

9 Noyabr 2015 21:45 (UTC+04:00)

AzNews.az Kəpəz TV-yə istinadən xəbər veri ki, hadisə rayonun Alakol kəndində Mehman Həmzəyevə məxsus evdə qeydə alınıb. Ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 8 otaqlı evin 1-ci mərtəbəsinin 1 otağında məişət qazının sızması dağıntıya səbəb olub.

Qonşuların sözlərinə görə, qəfildən güclü partlayış səsi eşidib, küçəyə çıxan zaman evin divarının uçduğunu görüblər. 4 nəfərin yaşadığı mənzildə şiddətli partlayış zamanı 12 yaşlı Elşən Həmzəyev xəsarət alıb. Hadisə nəticəsində ev sahibinə xeyli ziyan dəyib. Partlayış zamanı evdə yanğın qeydə alınmayıb.

Faktla bağlı araşdırmalara başlanılıb.