Meteohəssas insanlara - Xəbərdarlıq

10 Noyabr 2015 12:45 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzNews.az-a verilən məlumata görə, mülayim cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 7-11, gündüz 13-16, Bakıda gecə 8-10, gündüz 14-16 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə yağış yağacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, Cənub-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 12-17 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoz
Noyabrın 11-13-də Abşeron yarımadasında atmosfer təzyiqinin xeyli tərəddüdü, arabir güclənən Gilavar və Xəzri küləklərinin tez-tez bir-birini əvəz etməsi meteohəssas insanlar üçün əlverişsizdir.