Köhnə əşyalarınızı atmayın, bağışlayın – Yeni layihə

10 Noyabr 2015 13:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, saytın özəl xüsusiyyətlərindən biri ondan ibarətdir ki, onun istifadəçiləri – şəhər sakinləri də görülən işin iştirakçısı ola bilərlər. Bunun üçün lazımsız hesab etdikləri geyim və əşyalarını "Tullantim.az"ın "İanə et" bölməsinə yükləyərək ehtiyacı olan şəxslərə bağışlaya bilərlər. Bununla, həm xeyir iş görmüş olarlar, həm də "Təmiz Şəhər" ASC-in tullantıların azaldılması layihəsinə dəstək olaraq yaşadıqları şəhərin təmziliyində, tullantılarının azaldılmasında pay sahibi olarlar.

Bundan başqa saytın "Yaşıl düşün", "Atma, yarat", "Şəhərimizi təmiz saxlayaq", "Birja" bölmələri ətraf mühiti təmiz saxlamağın yollarını ətraflı izah edir və öyrədir. Layihə, şəxslərə və müəssisələrə tullantıları idarə etməyi, bəzən azaltmağı, bəzən isə həm də tullantıdan faydalanmağı, onu sənayeyə geri qaytarmağı öyrədir.