Bayraq Günü ilə bağlı yarış keçirdilər - Foto

10 Noyabr 2015 15:19 (UTC+04:00)

Bu barədə məlumatı AzNews.az-a federasiyadan veriblər. Abşeron Kikboksinq Klubunun baş məşqçisi Bəhruz Çıraqov yarışda 10 klubun iştirak etdiyini bildirib.

"Məqsədimiz idmançılarımıza bayraq sevgisini aşılamaq və dünyada bayrağımızı ucalar qaldırmağa həvəsi daha da artırmaqdır. Bu məsələdə idmançılarımızın üzərinə böyük düşür. Yarış yüksək səviyyədə başa çatdı ",-deyə B.Çıraqov qeyd edib.

Yarışda Azərbaycan Kikboksinq Federasiyasının baş katibi Oruc Məmmədli də iştirak edərək, bayraq gününün əhəmiyyəti ilə bağlı fikirlərini diqqətə çatdırıb.