Nazirlikdən dinləmə qalmaqalına reaksiya

10 Noyabr 2015 18:23 (UTC+04:00)

Silahlı Qüvvələrin hərbi qulluqçusu, polkovnik Ağalar Manafov xidmətdə yol verdiyi nöqsanlara görə Müdafiə Nazirliyi Dövlət Sirrinin Mühafizəsi Xidmətinin rəisi vəzifəsindən azad olunub.

AzNews.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin A.Manafovun işdən çıxarılması ilə bağlı yaydığı məlumatda qeyd olunub.

Məlumatda bildirilir ki, nazirliyin Xüsusi Təhlükəsizlik İdarəsi heç bir özəl danışıqların dinlənilməsi ilə məşğul olmur: "Müdafiə nazirinin müvafiq əmrinə əsasən, Xüsusi Təhlükəsizlik İdarəsi Silahlı Qüvvələrin xidməti radio və telefon rabitəsinin təhlükəsizliyinin təminatı ilə məşğuldur".