“Bir oğlumun ölüsünü tapdıq, o birini də tapın” - Dənizdə batan balıqçının anası

10 Noyabr 2015 19:16 (UTC+04:00)

AzNews.az Region TV-yə istinadən xəbər verir ki, onlardan birinin meyiti tapılsa da, digər 2 balıqçının axtarışları hələ də davam edir.

Dənizdə itən Uzunoba kənd sakini İlqar Daşdəmirovun anası günlərdir göz yaşı tökür. Uşaqların gözü yolda qalıb.

Ana 7 il öncə digər oğlunun da 29 yaşında eyni faciə nəticəsində itirdiyini bildirib və oğlunun tapılmasında aidiyyatı şəxslərdən kömək istəyib.