Moskva 30 il sonra müsəlman şəhəri olacaq-QARŞIDURMA

29 Oktyabr 2012 05:22 (UTC+04:00)


Ukrayna və Rusiya dini rəhbərləri arasında gərinlik getdikcə dərinləşir. Rus Ortodoks kilsəsindən asılılığının olmadığını elan edən Kiyev ortodoks kilsəsinin rəhbəri Filaret maraqlı açıqlama ilə çıxış edib.

O, Rusiyada müsəlmanların sayının sürətlə artdığını bildirərək "Üçüncü Roma" adına iddia edən Moskva 30 il sonra müsəlman şəhəri olacaq. Əsl "üçüncü Roma" Kiyevdir" deyə vurğulayıb.

Kiyev patriki hazırda Moskva əhalisinin 31 faizinin müsəlman olduğuna diqqəti çəkərək, bu şəhərdə islam dininin artıq birinci yerdə olduğunu vurğulayıb.

Elnarə Əlosmanqızı
AzNews.az