Yol polisi reydlərə başlayır - Video

10 Noyabr 2015 23:08 (UTC+04:00)

AzNews.az-ın Xəzər TV-yə istinadən məlumatına görə, qanunla may ayının 1-dən sənaye üsulu ilə yan şüşələrə vurulan pərdə və plyonkalara verilən icazə müddəti noyabr ayının 15-də başa çatır. Qanunu pozanları 150 manat cərimə cəzası gözləyir.

Pərdə və plyonkalarla bağlı qadağa bəzi sürücülər tərəfindən düzgün başa düşülmədiyindən polislərlə avtomobil sahibləri arasında mübahisələrə səbəb olur. Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirir ki, mayın 1-dən noyabr 15-dək yalnız sənaye üsulu ilə avtomobillərə quraşdırılan pərdə və plyonkalara icazə verilir. Kustar üsulla quraşdırılan pərdələrə isə ümumiyyətlə heç vaxt icazə verilmir.

Buna görə qadağa yan şüşələrdəki görmə məhdudiyyəti yaradan istənilən vasitəyə qarşı tətbiq olunacaq.

Qadağalara cəmi bir neçə gün qalsa da sürücülərin əksəriyyəti bundan xəbərsizdir.

Avtomobilin pərdə və plyonka, eləcə jalüzlərə icazə verilən yeganə hissə arxa şüşədir.