6 yaşlı uşaq pilləkəndən yıxıldı - Vəziyyəti ağırdır

11 Noyabr 2015 00:14 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Qax Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-ya verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Tasmalı kənd sakini, 2009-cu il təvəllüdlü Onur Sahil oğlu Məmmədli koma vəziyyətdə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 6 yaşlı Onur Məmmədli yaşadığı evin pilləkənindən yıxılaraq ağır kəllə-beyin travması alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Onur Məmmədliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir.