Gənc oğlan faciəli şəkildə öldü - Bakıda

11 Noyabr 2015 10:26 (UTC+04:00)

Məlumata görə, hadisə Binəqədi rayonunda baş verib.

Belə ki, Biləcəri qəsəbəsi, Y.Hüseynov küçəsində İmişli rayon sakini Qənbər Quliyev idarə etdiyi "ZİL-131" markalı avtomobili arxaya verərkən Sabirabad rayon sakini, 1992-ci il təvəllüdlü Ceyhun Qasımov maşınla divar arasında sıxılıb qalıb.

Hadisə nəticəsində C.Qasımov faciəli şəkildə orada ölüb.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.

Report.az