“Bu 50 ildə qazandıqlarımla itirdiklərim 50:50-yə olub” – 50 yaşlı jurnalist

11 Noyabr 2015 12:07 (UTC+04:00)

Tanınmış jurnalist AzNews.az-a bildirib ki, 50-nin yarısını hazırda çalışdığı "Yeni Müsavat"da keçirib: "20 ildir "Yeni Müsavat"dayam. Arada bir-iki illik fasilələrim olub. Başqa qəzetlərdə çalışmışam, amma yenə də yazılarım bu qəzetdə çıxmaqda davam edib. Hətta özüm "Reytinq"in baş redaktoru olanda da, lazım bildiyim yazılarımı "Yeni Müsavat"da dərc etdirirdim".

X.Kazımlı qeyd edib ki, bu yola saldığı 50 ildə qazandıqları ilə itirdikləri 50:50-yə olub. O, 50 yaşını 20 ildir birlikdə işlədiyi şəxslərlə keçirmək fikrində olduğunu deyib: "50 yaşımı redaksiya rəhbərliyinin təşəbbüsü ilə bir yerlərdə qeyd etmək fikrimiz var".




Bahar RÜSTƏMLİ
AzNews.az