Məşhur rəssam Təhlükəsizlik Xidmətinin binasını yandırdı - VİDEO

11 Noyabr 2015 12:30 (UTC+04:00)
AzNews.az xarici mediaya istinadən xəbər verir ki, aksionist rəssam Pyotr Pavlenski Moskvada FTX-nin binasının girişini yandırıb. Rəssam və aksiyanı işıqlandırmağa gələn jurnalistlər tez bir zamanda saxlanılıblar.

Blogger İlya Varlamovun verdiyi məlumata əsasən, Pavlenski noyabrın 9-u FTX-nin Lubyanskda yerləşən mərkəzi binasına gəlib. O, binanın taxta qapısına benzin tökərək yandırıb. Rəssam qısa zamanda girişdə keşik çəkən mühafizəçilər tərəfindən saxlanılıb.

Jurnalist Sergey Ponomaryov bildirib ki, Pavlenski ilə birlikdə aksiyanı işıqlandırmaq istəyən jurnalistlər – Vladimir Romenski və Nigina Beroyeva da saxlanılıb. Saxlanılanlar polis bölməsinə aparılıblar.

Qeyd edək ki, Pavlenski bir neçə səs-küylü aksiyalara görə məşhur olub. 2013-cü ilin sonlarında rəssam tamamilə soyunaraq Qırmızı meydana gəlib və cinsiyyət orqanını mismarlayıb. Burada o, polis tərəfindən saxlanılıb və Moskva xəstəxanalarından birinə aparılıb.

2012-ci ilin yayında Pavlenski Pussy Riot-a dəstək vermək üçün ağzını tikib. 2013-cü ilin yazında isə tikanlı məftilə bürünüb.



Aydan