Tural Abbaslı Müsavatdan istefa verəcək - Açıqlama

11 Noyabr 2015 13:24 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında sözü gedən blokun təsisçisi, Müsavat partiyasının üzvü Tural Abbaslı bildirib.

O, bunun çox ağır və məsuliyyətli bir proses olduğunu vurğulayıb: "Odur ki, tələskənliklə qərar verilməsinin tərəfdarı deyilik. Hələlik isə bu istiqamətdə mövcud olan bir neçə variantlar üzərində işləyirik. Bir az zamana ehtiyac var".

T.Abbaslı qeyd edib ki, "Ağ blok" partiyaya çevrildiyi halda Müsavatdna istefa verəcək: "Həm Azərbaycan Respublikası Partiyalar haqqında qanunda, həm də partiyaların Nizamnaməsində bir şəxsin yalnız bir siyasi partiyaya üzv ola bilməsi barədə maddə var. Yəni bu zatən qanunvericiliyin tələbidir. Başqa yol yoxdur".

Qeyd edək ki, "AĞ Blok" seçki bloku kimi yaranıb və ancaq namizədlərdən ibarət olub.

AzNews.az