Gənc sahibkar və fermerlər üçün – Təlim

11 Noyabr 2015 14:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, təlim Azərbaycan Respublikası Prezdenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə Gənclər Dayaq və İnkişaf Mərkəzi İctimai Birliyi tərəfindən "Regionlarda gənc sahibkar və fermerlərin bacarıqlarının artırılıması" layihəsi çərçivəsində ilk olaraq Şəkidə təşkil olunub.

Təlimin keçirilməsində məqsəd bu sahədə çalışan gənclərə şəxsi biznesin qurulması və uğur qazanmaqda yardımçı olmaqdır. Onlara biznesin inkişaf etdirilməsinin yolları barədə geniş məlumat verilib. Bildirilib ki, hazırda ölkədə biznes sahəsinin inkişafı və kənar müdaxilə cəhdlərinin qarşısının alınması üçün dövlət tərəfindən lazımi tədbirlər görülür.

Fikir mübadiləsi şəraitində aparılan təlimlər zamanı gəncləri maraqlandıran suallar cavablandırılıb. Təlimin açılış günündə Gənclər Dayaq və İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Sabir Babazadə ilə yanaşı Şəki Rayonu Gənclər və İdman idarəsinin rəisi Vüqar İsgəndərov da iştirak edib. Təlimçi, Beynəlxalq Əmək Təşkilatının təlimçisi olan Qorxmaz Əfəndiyev tərəfindən iştirakçılara nəzəri və praktiki biliklər öyrədilib.

Xatırladaq ki, Şəki şəhərində təlimlər 6 gün ərzində davam edib. Növbəti təlim regionu isə Lənkəran şəhəridir və 22-28 noyabrda keçiriləcək.