Kəramət Böyükçöl AYB-dən çıxarıldı

11 Noyabr 2015 16:06 (UTC+04:00)

AzNews.az AYB-yə istinadən xəbər verir ki, toplantıda gənc yazıçı Kəramət Böyükçölün AYB üzvlüyündən xaric edilməsi ilə bağlı qərar qəbul edilib.

Qərarda deyilir: "Azərbaycan Yazıçılar Birliyinin üzvü Kəramət Qəşəm oğlu Nəcəfov (Böyükçöl) dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq öz yazılarında və müsahibələrində ədəbiyyatımızın klassiklərinə qarşı təhqiredici münasibətini, çağdaş yazıçılarımıza atmacalarını, öz yaşıdı yazarlara qarşı aşağılayıcı fikirlərini davam etdirdiyinə görə AYB Nizamnaməsinin 6-cı maddəsinin 7-ci bəndinə uyğun olaraq Azərbaycan Yazıçılar Birliyi üzvlüyündən kənarlaşdırılsın".