Bakıda internetin verilməsində problem yarandı

11 Noyabr 2015 16:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, yarım saatdan çoxdur ki, internetin verilməsində problem yaranıb. "Bakinternet" provayderindən verilən məlumata görə, hazırda ümumi Bakı üzrə internet şəbəkəsində təmir işləri aparılır: "İnternet bir saat ərzində fasilələrlə veriləcək və hətta bəzi yerlərdə ümumiyyətlə kəsilib. Təxminən bir saat sonra problem həllini tapacaq. Amma daha tez verilməsi də mümkündür. Təmir işlərinin bitməsindən asılıdır".