​MTRŞ 4 televiziya kanalına ciddi irad bildirdi

11 Noyabr 2015 17:50 (UTC+04:00)

Məlumata görə, MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin qatıldığı görüşdə İTV, "Xəzər" TV, "Lider" TV və "Region" TV-yə efirlərində sponsorluq təqdimatı ilə bağlı yol verdikləri qanun pozuntularına görə ciddi iradlar bildirilib və kanalların səlahiyyətli nümayəndələrinə problemin aradan qaldırılması üçün tapşırıqlar verilib.

Telekanalların nümayəndələri irad tutulan problemləri qısa zamanda aradan qaldıracaqlarına söz veriblər.

report.az