MTN-in sabiq şöbə rəisi barəsində - Həbs qətimkan tədbiri

11 Noyabr 2015 19:07 (UTC+04:00)

AzNews.az-ın APA-ya istinadən məlumatına görə, Baş Prokurorluğun təqdimatı əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə M. Əsgərov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

M. Əsgərov qərardan şikayətini isə Bakı Apellyasiya Məhkəməsi təmin etməyib.

M. Əsgərov Cinayət Məcəlləsinin 182.3.2-ci (külli miqdarda əmlak əldə etmək məqsədi ilə hədə-qorxu ilə tələb etmə), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 309.2-ci (vəzifə səlahiyyətlərini aşma), 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddələrinə əsasən təqsirləndirilir.