Taekvondoçularımız qalib gəldi - FOTO

11 Noyabr 2015 20:15 (UTC+04:00)

AzNews.az Təhsil Nazirliyinin saytına istinadən məlumat verir ki, yarışda ölkəmizi "Təhsil" Respublika İdman Mərkəzinin (RİM) Lənkəran filialının yetirmələri təmsil edib. Azərbaycanla yanaşı, Rusiya, Belarus və Qazaxıstandan 600-ə yaxın taekvondoçunun qatıldığı yarışda "Təhsil" RİM-in yetirməsi, 47 kq çəki dərəcəsində çıxış edən Qönçə Hüseynli finalda Rusiya idmançısına qalib gələrək I yerə çıxıb.

Məktəbin digər yetirməsi, 55 kq çəki dərəcəsində çıxış edən Kubra Əmirzadə isə final görüşündə Rusiya idmançısına məğlub olaraq, II yerə layiq görülüb.