Əziz Əliyevə abidə ucaldılacaq - Mahaçqalada

11 Noyabr 2015 20:22 (UTC+04:00)

Bu barədə AzNews.az Azərtac-a istinadən məlumat verir.

Mahaçqala şəhər administrasiyasından bildirilib ki, abidənin ətrafında, həmçinin bağ salınacaq. Gələcək bağın müfəssəl memarlıq planı artıq hazırlanıb. Abidənin qoyulması və bağın adablaşdırılması üzrə bütün işlər gələn ilin yazında başa çatacaq.

Görkəmli dövlət xadimi və siyasi xadim Ə.Əliyev müxtəlif illərdə Azərbaycanın xalq səhiyyə komissarı, Azərbaycan Ali Sovetinin sədri, ÜK(b)P Dağıstan vilayət komitəsinin birinci katibi olub.