Erməni siyasətçiləri şou yaradır

29 Oktyabr 2012 06:18 (UTC+04:00)
Ermənistan parlamentinin vitse prezidenti Eduard Şarmazanov Azərbaycanın Cənibi Sudanla diplomatik münasibətlər qurmasına münasibət bildirib.

AzNews.az-ın Ermənistan mətbuatına istinadən verdiyi xəbərə görə, Şarmazanov bildirib ki, Azərbaycan Cənubi Sudanın müstəqilliyini tanımaqla Dağlıq Qarabağın da müstəqiliyinin tanınmasına şərait yaratmış olur.

"Azərbaycanın Cənubi Sudanın müstəqilliyini tanıması öz müqədəratını həll etmə hüququnun daha üstün oduğunu sübut edir və göstərir ki, Dağlıq Qarabağın da tanınmaqdan başqa yolu yoxdur".

Qeyd edək ki, ermənilər və Ermənistan hökuməti hər bir vəziyyətdən öz maraqlarına uyğun şəkildə istifadə etməyə çalışır.

Sadiq Musa
AzNews.az