Əmisi oğlunun başını kəsən gənc universitet tələbəsi imiş

11 Noyabr 2015 22:35 (UTC+04:00)

AzNews.az criminal.az-a istinadən xəbər verir ki, qətli törədən Elşən Nəzir oğlu Nəsirov Azərbaycan Texniki Universitetinin Sənayenin Təşkili və İdarəolunması fakultəsinin II kurs tələbəsi imiş.

Qətlin qısqanclıq zəmnində baş verdiyi bildirilsə də, ətraflı açıqlama verilmir.

Faktla bağlı Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.