Rusiya KİV Putinin iclasından məxfi məlumatlar yaydı

11 Noyabr 2015 23:19 (UTC+04:00)

Bu barədə AzNews.az Oxu.Az-a istinadən xəbər verir.

Məlumata əsasən, bəzi Rusiya telekanallarının efirində ölkə başçısının iclasında hərbi sistemlərlə bağlı məxfi məlumatların müzakirəsi göstərilib.

"Həqiqətən, efirə buraxılan süjetdə məxfi məlumat olub. Ümid edirik ki, belə hal bir daha təkrarlanmayacaq" , - Peskov bildirib.

Onun sözlərinə görə, gələcəkdə oxşar hadisələrin qarşısını almaq üçün profilaktik tədbirlər görüləcək.