Cənubi Azərbaycanda fəallarla polis arasında toqquşma - Videolar

11 Noyabr 2015 23:30 (UTC+04:00)

AzNews.az-ın azadlıq.info-ya istinadən məlumatına görə, bu gün də küçələr, universitetlərlə yanaşı, idman meydanlarında da etirazlar təşkil edilib. Voleybol oyununda bir araya gələn 6 min fəal, oyunun gedişi zamanı şüarlar səsləndirib, günhkarların cəzalandırılmasını tələb ediblər.

Oyundan sonra Urmu şəhər mərkəzinə yürüş edən fəallarla polis arasında toqquşma da baş verib. Polis etirazçılara qarşı rezin güllələrdən və gözyaşardıcı qazdan istifadə edib. Buna baxmayaraq etirazlar davam edir.