​Vasif Talıbovun oğlu deputat seçildi

12 Noyabr 2015 10:56 (UTC+04:00)
Məlumata görə, S.Talıbov 25 saylı Naxçıvan şəhər Seçki Dairəsindən deputat seçilib.

Vasif Talıbov özü isə 7 saylı Aralıq Seçki Dairəsindən deputat olub.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının (MR) Ali Məhkəməsinin Rəyasət Heyəti noyabrın 1-də Ali Məclisə keçirilən seçkilərin nəticələrini təsdiqləyib. Ümumilikdə, deputatların sayı 45-dir.

S.Talıbov London Universitetində ali təhsil alıb. O, Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin Beynəlxalq münasibətlər kafedrasında baş müəllim vəzifəsində çalışır. S.Talıbov, həmçinin Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının Şura üzvüdür.

Report.az