Bakıda ana və qızı maşının altında qaldı: ölən var

12 Noyabr 2015 12:04 (UTC+04:00)


Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, noyabrın 11-i saat 07:00 radələrində, Binəqədi qəsəbəsində 1960-cı il təvəllüdlü Vəli Rüstəmov idarə etdiyi "Chery M-Grand" markalı avtomobillə 1979-cu il təvəllüdlü Aynurə Rəhimovanı və qızı 1997-ci il təvəllüdlü Zəhra Nizaməddin qızını vurub. Zəhra hadisə yerində ölüb, A.Rəhimova isə KTM-ya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Lent.az