Prezident nəvəsi saxlanıldı – 1 ton narkotiklə

12 Noyabr 2015 12:09 (UTC+04:00)

AzNews.az xəbər verir ki, prezidentin nəvəsi Efrain Antonio Campos Flores və qohumu Fransisko Flores de Freites Amerika təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı Haitidə həbs olunub. Hər iki şəxs təxminən bir tona yaxın kokaini ABŞ-a keçirmək istəyirmiş. Prezidentin nəvəsi və qohumu saxlanıldıqdan sonra ABŞ-ın narkotiklə mübarizə qruplarına təslim edilib. Haitidən ABŞ-a ekstradisiya olunduqdan sonra onlar Nyu-York Federal Dairə Məhkəməsinə çıxarılacaqlar.

ABŞ rəsmiləri uzun müddətdir ki, Venesuelanın yüksəkçinli məmurlarının beynəlxalq narkotik qaçaqmalçılığında əllərinin olduğunu iddia edirdi. İyun ayında ABŞ mətbuatında ABŞ Federal Prokurorluğunun Venesuela parlamentinin spikeri Diosdadu Kabello və digər rəhbər məmurların narkotik qaçaqamalçılığı və çirkli pullar yuduqları iddiaları ilə istintaq apardığı iddia olunmuşdu.

Sevinc YASİNQIZI
AzNews.az