“MTN ətrafında baş verənlər təhlükəsizlik sisteminə təsir göstərməyib”

12 Noyabr 2015 12:32 (UTC+04:00)

Məlumata görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov deyib.

Z.Əsgərov bildirib ki, bununla əlaqədar hüquq-mühafizə orqanlarında iş gedir: "Bu baş verən proseslər heç bir halda Azərbaycanın milli təhlükəsizlik sistemini sarsıtmayıb və sarsıda bilməz. Milli təhlükəsizlik orqanları öz işləri ilə məşğuldurlar və Azərbaycanın təhlükəsizlik sistemi etibarlı əllərdədir".

Trend.az