İki küçədə hərəkət məhdudlaşdırıldı
12 Noyabr 2015 13:31 (UTC+04:00)
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən AzNews.az-a verilən məlumata görə, səhər saat 11:00-dan başlayaraq Yasamal rayonunda Zahid Xəlilov və Haqverdiyev küçələrinin kəsişməsində qəza-bərpa işləri aparılır. Bu səbəbdən hər iki küçədə hərəkət məhdudlaşdırılıb.
Qeyd edək ki, təmir işləri "Azəristiliktəchizat" ASC tərəfindən aparılır.
Sevinc YASİNQIZI
AzNews.az