Arif Yunus azadlığa buraxıldı
12 Noyabr 2015 14:34 (UTC+04:00)
AzNews.az xəbər verir ki, hakim Vüqar Məmmədovun sədrliyi ilə keçirilən məhkəmə prosesində Ədliyyə Naziliyinin Baş Tibb İdarəsinin A.Yunusun səhhəti ilə bağlı təqdimatına baxılıb. Bundan sonra isə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib.
Qeyd edək ki, A.Yunus ötən ilin avqustunda saxlanılıb. Bu ilin avqust ayının 15-də isə Arif Yunus barəsində 7 illik həbs qərarı çıxarılıb.O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) və 178.3.2-ci (dələduzluq) maddələri ilə ittiham olunub.