“Exchange“lər bir günə 100 min dollar satır - Son vəziyyət

12 Noyabr 2015 17:45 (UTC+04:00)

Bu barədə şəhərin mərkəzindəki "exchange"lərdə çalışan işçilər məlumat veriblər. Onlar bildiriblər ki, hazırda dollar alışı ilə bağlı ajiotaj yoxdur: "Dollar çox olsa da, alanların sayında artım yoxdur. Adi qayda ilə gündəlik işimizi davam etdiririk".

Valyuta dəyişmə məntəqələrinin əməkdaşları bildirib ki, hazırda məntəqədə gündə təqribən 100 min dollar satılır: "Gün ərzində cəmi 20-30 nəfər dollar almaq üçün müraciət edir. Orta hesabla bir nəfər 2-3 min dollar alır".

Xatırladaq ki, ötən həftənin sonunda Bakı şəhərinin mərkəzi hissəsində yerləşən valyutadəyişmə məntəqələrində dollar alqı-satqısı kəskin artmışdı.

Bu həftənin əvvəlində də dolların məzənnəsinn artacağı ilə bağlı gözləntiər var idi. Məhz buna görə Azərbaycan Mərkəzi Bankı bu məsələ ilə bağlı açıqlama verməli olmuşdu.

Qeyd edək ki, bu günə olan rəsmi məzənnəyə görə, 1 ABŞ dolları 1,0503 manatdır.
Bakının mərkəzindəki valyutadəyişmə məntəqələrində isə 1 dollar 1,053 manata alınır, 1,055 manata satılır.

Fins.az