Güclü külək evlərin dam örtüyünü dağıtdı - Video

12 Noyabr 2015 20:52 (UTC+04:00)

AzNews.az Kanal S-ə istinadən xəbər verir ki, təbiət hadisəsi rayonda bir sıra təsərrüfatlara ziyan vurub.

Bütün kəndlər, eləcə də şəhər mərkəzində elektrik kəsilib. Bir çox ərazilərdə irigövdəli ağaclar küləyin şiddətinə tab gətirməyərək aşıb. Rayonun Gəraybəyli kənd sakininə məxsus bir evin üzərinə ağac aşıb, tikilinin dam örtüyünü yararsız hala salıb.

Xoşbəxtlikdən hadisədə xəsarət alan olmayıb. Külək eləcə də bəzi evlərin, tikililərin dam örtüyünü dağıdıb.

Rayon Fövqəladə Hallar Komissiyasından verilən məlumata görə, dəyən ziyanın nəticələrini aradan qaldırmaq üçün tədbir görülüb. Rayonda elektrik enerjisinin verilişi bərpa edilib. Qırılan, aşan ağaclar ərazidən təmizlənib.