Dövlət xəstəxanasında qaçqınların meyitləri üst-üstə atılıb - Tükürpədici fotolar
12 Noyabr 2015 21:44 (UTC+04:00)
AzNews.az Modern.az-a istinadən bildirir ki, Yunanıstanın aparıcı xəbər saytlarından www.protothema.gr adlı saytın xəbərinə görə, Avropaya sığınmaq üçün ümid səfərində ölən, aralarında uşaq və qadınların da olduğu qaçqınların cəsədləri Samos Dövlət Xəstəxanası meyitxanasında üst-üstə atılıb.
Xəbərlə bağlı fotolar da yayınlarınkən bu vəziyyət ciddi reaksiyalara səbəb olub, mövzu ilə bağlı Yunanıstanın Səhiyyə Nazirliyinin istintaq başlatdığı bildirilib.

