İŞİD Rusiyanı yeni qırğınlar təşkil etməklə hədələdi

12 Noyabr 2015 22:42 (UTC+04:00)

AzNews.az-ın anspress-ə istinadən məlumatına görə, yayılan videoçarxda terrorçu qruplaşma Rusiyanı hədələyir.

Rus dilində olan videoçarx "Əl-Hayyat" resursunda dərc edilib. İŞİD terrorçu qruplaşmasının bütün bəyanatları burada dərc edilir. İŞİD-çilər çox tezliklə Rusiyada terror aktları törədəcəyini və ruslara qarşı yeni qırğınlar təşkil etməklə hədələyirlər.

Bu barədə SITE monitorinq agentliyi xəbər verib. Daha əvvəl Rusiya Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrov İŞİD terrorçu qruplaşmasının döyüşçüləri tərəfindən təhlükənin öhdəsindən yalnız birgə səylər nəticəsində gəlməyin mümkün olduğunu bildirib. Nazir terrorçulara qarşı birgə mübarizə aparmağı təklif edir. Bu haqda Lavrov Küveyt Xarici İşlər Nazirliyinin başçısı Sabah əs-Sabahla görüşündə bildirib.

Daha əvvəl oktyabrın 14-də İŞİD terrorçu qruplaşması Rus pravoslav kilsəsinin terrorizmlə "müqəddəs mübarizə" haqqında bəyanatına qarşı Rusiyaya cihad elan etmişdi.

2014-cü il sentyabr ayında İŞİD terrorçu qruplaşması rus dilinə tərcümə edilmiş videoçarxda Qafqazda döyüş hərəkətlərinə başlayacağı ilə hədələyir. Terrorçular bunun əsasən Çeçenistan Respublikasında olacağını qeyd edir. Döyüşçülərdən biri prezident Vladimir Putinə müraciət edərək Çeçenistan Respublikasını və Qafqazı azad ecədəklərini deyib.

Keçən il İŞİD ABŞ-la müharibəyə hazır olduğunu göstərən video yaymışdı. Vaşinqtona xəbərdarlıq xarakteri daşıyan video "Müharibə alovu" adı altında yayılmışdı. 52 dəqiqəlik görüntülərdə "Müharibə indi başlayır və mücahidlər ABŞ əsgərlərini gözləyir" sözləri yer almışdı.

Rusiya sentyabrın 30-dan etibarən Suriyada hərbi əməliyyatlar keçirir. Həmin gün səhər verilən qərarla Rusiya Federasiyasının Şurası prezident Vladimir Putinə ölkənin ordusunu xarici ölkələrdə istifadə etməyə icazə verib. Elə ilk hava zərbələri də məhz həmin günə təsadüf edir.


İŞİD nəzarətində olan ərazilər