BMT fəaliyyətini dayandırdı

29 Oktyabr 2012 07:08 (UTC+04:00)
ABŞ-da son 30 ilin ən güclü qasırğası baş verib. Lent.az-ın "Haber türk"-ə istinadən verdiyi məlumata görə, qasırğa səbəbindən BMT bu gün müvəqqəti olaraq fəaliyyətini dayandırıb.

BMT-nin mətbuat xidmətindən verilən açıqlamada qeyd olunur ki, beynəlxalq təşkilat sabah da fəaliyyət göstərməyəcək: "BMT bütün yığıncaqlarını təxirə salıb".

Qeyd edək ki, Nyu-Yorkda qasırğa səbəbindən dünən axşamdan etibarən nəqliyyatın hərəkəti dayandırılıb. Qasırğanın Nyu-Yorka doğru irəlilədiyi bildirilir.

AzNews.az