İran səfirinə tualet fırçası və diş pastası “hədiyyə“ edildi - VİDEO
13 Noyabr 2015 11:22 (UTC+04:00)
Bu barədə UABD-dən məlumat verilib. "Ərməğan"ı səfirliyə bu gün səhər saatlarında "kuryer" vasitəsilə göndərən UABD fəalları bu aksiya ilə bağlı sosial video-çarx da hazırlayaraq ictimaiyyətə təqdim ediblər. Bununla da UABD fəalları sosial-ictimai aksiyaya hamını dəvət ediblər. Dünyanın müxtəlif ölkələrində olan İran səfirliklərinə bu cür "hədiyyələr"in göndərilməsinə çağırış olan həmin video- çarxı diqqətinizə çatdırırıq.
Qeyd edək ki, bir çox milli-ideoloji layihələrə imza atan UABD həmyerlilərimizin mənafeyini qoruyan Azərbaycan diaspor təşkilatlarındandır. Təşkilatın rəhbəri Hikmət Cavadovdur. Bu ictimai etiraz layihəsinin sosial şəbəkələrdə yayılma və dəstək alma prosesinin inkişaf mərhələsilə sizi tanış edəcəyik.