Xəstəxanaya düşən Əməkdar artist: “Həkimlər dedi ki...”

13 Noyabr 2015 12:49 (UTC+04:00)

AzNews.az-a danışan aktyor dünən gecə saatlarında yaxın qohumunu xəstəxanaya apardığını, lakin halının qəfildən dəyişdiyini bildirib: "Gecə saatlarında yaxın qohumumu Binəqədi rayon Xəstəxanasına aparmışdım. Onu müayinədən keçirərkən halım dəyişdi, təzyiqim qalxdı. Həkimlər belə vəziyyətdə evə gedə bilməyəcəyimi bildirdilər. Gecəni xəstəxanada saxladılar".

Aktyorun sözlərinə görə, səhər saatlarında təzyiqi normallaşıb, hazırda vəziyyəti yaxşıdır.

Bahar RÜSTƏMLİ
AzNews.az