Musiqili teatr Yeni İl şənliyinə hazırlaşır
13 Noyabr 2015 13:06 (UTC+04:00)
Teatrdan AzNews.az-a verilən məlumata görə, "Yeni İl" şənlikləri 24 dekabr 2015-ci il tarixində başlayacaq və 6 yanvar 2016-cı il tarixinə qədər davam edəcək. Hər il olduğu kimi bu il də kollektivin təşkil etdiyi "Yeni İl" şənliklərində balaca tamaşaçıları bir sıra maraqlı məqamlar, sürprizlər, hədiyyələr gözləyir. Tamaşaçılar müxtəlif nağıl qəhrəmanları, Şaxtababa və Qarqızla birbaşa ünsiyyətdə ola biləcək, onlarla əylənəcək.
Biletləri şəhərin teatr-konsert kassalarından əldə etmək olar.
AzNews.az