Daha bir müsəlman xristian qarşıdurması

29 Oktyabr 2012 07:19 (UTC+04:00)
Nigeriyanın Şimalında yerlşən katolik kilsələrdən birində qanlı terror aktı törədilirb. AzNews.az-ın Qərb mətbuatına istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində ən az 15 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.

Yerli polisin verdiyi məlumata görə, partlayıcı maddələrlə yüklənmiş avtomobil kilsənin qarşısında partladılıb. Ölənlər arasında terrorçunun özünün də olduğu deyilir.

Qeyd edək ki, Nigeriyada həm xristian, həm də müsəlman əhali yaşayır. Bununla belə, son zamanlar iki dinin nümayəndələri bir birinə qarşı zorakılığa yol verir. Ekspertlər isə, ehtimal edirlər ki, buna səbəb Nigeriyada da hakimiyyət dəyişikliyinin planlaşdırılmasıdır.

Sadiq Musa
AzNews.az