Nazirliyin Əli Kərimliyə “yox” deməsinə - Razi Nurullayevdən reaksiya
13 Noyabr 2015 15:41 (UTC+04:00)
AzNews.az xəbər verir ki, bunu AXCP "Etimad qurultayı"nın sədri Razi Nurullayev məsələyə münasibət bildirərkən deyib.
Partiya sədri əsl AXCP-ni onların təmsil etdiyini qeyd edib: "Biz bu çəkişməni udmaq niyyətimizi öncə də demişdik. Haqlı olduğumuzu bilirdik. Əsl AXCP-ni biz təmsil edirik. Əli Kərimli artıq Azərbaycan siyasətində unudulmuş birisidir. Özü deyib özü eşidir. Xalq uğursuz və nəticəsiz siyasətçiləri sevmir. Əsl AXCP, Əbülfəz Elçibəyin ruhunun olduğu AXCP-ni biz təmsil edirik. Əli Kərimliyə təklif edirəm ki, siyasətdən getdiyini açıqlasın. Bəlkə 2016-cı ilə az da olsa hörməti qalar. Siyasətə gəlməyi bacaran adam zamanında da getməyi bacarmalıdır".
Qeyd edək ki, Əli Kərimlinin rəhbərlik etdiyi AXCP sentyabrın 27-də keçirdiyi qurultayla bağlı müvafiq məlumatların dövlət reysterinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə müraciət edib. AXCP-nin qanuni yolla seçilmiş sədri Razi Nurullayev isə əsl AXCP-nin onun rəhbərliyi ilə yarandığını bəyan edib və 18 oktyabr da qurultay keçirərək bununla bağlı sənədləri Ədliyyə Nazirliyinə təqdim edib.
Sevinc