Mübariz Qurbanlıdan falçılığın ləğvinə - Reaksiya

13 Noyabr 2015 17:02 (UTC+04:00)

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı falçılığın qadağan olunması ilə bağlı yeni qərar layihəsinin hazırlanması barədə yayılan məlumatlara aydınlıq gətirərkən deyib.

Komitə sədrinin sözlərinə görə, falçılıq, yalançı ekstrasenslik, cadugərlik və digər əməllər Cinayət Məcəlləsində dələzduluqla bağlı müddəada öz əksini tapıb.

M.Qurbanlı bildirib ki, komitə yalnız falçılıq, yalançı ekstrasenslik, cadugərlik əməllərinin Cinayət Məcəlləsinin dələduzluq müddəasından çıxarılıb buraya ayrıca bir maddə kimi daxil edilməsi təşəbbüsünü qaldırır: "Bununla bağlı qərar layihəsi yoxdur. Biz sadəcə deyirik ki, falçılıq, yalançı ekstrasenslik, cadugərlik əməlləri dələduzluq müddəasından çıxarılıb ayrı bir maddə kimi həm Cinayət Məcəlləsinə, həm də İnzibatı Xətalar Məcəlləsinə daxil edilsin. Biz təşəbbüs irəli sürmüşük ki, maarifləndirmə aparaq, hüquqi baxımdan da onu dələduzluq müddəasından ayırıb konkretləşdirək. Biz bu təklifi vermişik. Ola bilər ki, Milli Məclisdə bu təklifə deputatlar, hüquqşünaslar baxsınlar. Bu, qanunvericilik qaydasında Milli Məclisdə də hazırlana bilər. Biz də qanunvericilik təşəbbüsü ilə hökumətə belə bir ideya verə bilərik".

Trend.az