MSK narazı namizədlərin müraciətlərinə baxdı

13 Noyabr 2015 17:10 (UTC+04:00)

30 saylı Suraxanı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Vurğun Əyyub, 95 saylı Tərtər seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Şəhriyar Məcidzadə, 47 saylı Mingəçevir seçki dairəsindən namizədliyi qeydə alınmış Nurəddin Rüstəmli və digərləri MSK-ya müraciət edərək seçki prosesində qanun pozuntularına yol verildiyini iddia ediblər.

İclasda bildirilib ki, MSK-ya daxil olan müraciətlər ekspert qrupu tərəfindən araşdırılıb. Müraciətlərdən bəziləri qanunvericilikdə müəyyən olunmuş şikayət vermə müddətini keçməklə təqdim edildiyindən, bəziləri isə əsassız olduğundan təmin edilməyib. Bir müraciət isə baxılması üçün aidiyyatı üzrə dairə seçki komissiyasına göndərilib.

Trend.az