“Sığorta fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə - Sərəncam

13 Noyabr 2015 19:33 (UTC+04:00)

AzNews.az xəbər verir ki, dəyişikliklərə əsasən, qanuna aşağıdakı məzmunda 118.4-cü maddə əlavə edilir:

"118.4. Sığortaçının əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir".

Dövlət başçısı, həmçinin "İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2015-ci il 6 oktyabr tarixli Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.

Dəyişikliklərə əsasən, 46.25-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilir:

"Səhmdar investisiya fondunun əmlakının açıq hərrac yolu ilə satılması onun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilir".