“Heç bir axtarış olmayıb” - Əli Abbasov danışdı

13 Noyabr 2015 20:18 (UTC+04:00)

AzNews.az-ın məlumatına görə, bunu virtualaz.org saytına açıqlamasında vəzifəsindən dünən azad olunan sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov deyib.

Əli Abbasov onun mənzilində və bağ evində axtarışlar aparılması barədə əksər KİV-lər tərəfindən yayılan məlumatları da təkzib edib.

"Heç bir axtarış olmayıb" - deyə sabiq nazir onun evinə zəng vuran müxbirlə qısa söhbətində bu məlumatlara münasibət bildirib.