Parisdə bir gecədə 3 terror aktı - 153 nəfər öldü (Fotolar+ Video)

14 Noyabr 2015 09:05 (UTC+04:00)

Daha sonra "Stad de France" stadionu yaxınlığında Fransa prezidenti, ölkənin xarici işlər naziri və Almaniya XİN rəhbərinin də izlədikləri Fransa-Almaniya futbol qarşılaşması zamanı bir neçə partlayış törədilib.

Eyni zamanda, Parisin 11-ci dairəsində yerləşən "Bataklan" teatrında ABŞ rok-qrupunun konserti zamanı yüzlərlə insan girov götürülüb.

Törədilən terror aktları nəticəsində 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

CNN-nin verdiyi xəbərə görə, onlardan 112-si "Bataklan" teatrının konsert zalında ölüb.

APA.az

***
10:29

Fransada 153-dən çox insanın ölməsi ilə nəticələnən terror aktlarını İŞİD terror qruplaşması törədib.

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, Bu barədə məlumat İŞİD saytında yerləşdirib. Təşkilat Fransa və ətraf ərazilərdə baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. Terrorçular bunu "Fransa üçün 11 sentyabr" adlandırıblar.

Hadisə şahidlərin sözlərinə görə, terrorçular insanlara atəş açarkən "Allahu Əkbər" ("Allah böyükdür") deyə qışqırıblar.