Terror şahidləri: ““Allahu Əkbər” deyib atəş açırdılar”

14 Noyabr 2015 10:21 (UTC+04:00)

AzNews.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumat İŞİD saytında yerləşdirib. Təşkilat Fransa və ətraf ərazilərdə baş verən terror aktlarına görə məsuliyyəti öz üzərinə götürüb. Terrorçular bunu "Fransa üçün 11 sentyabr" adlandırıblar.

Hadisə şahidlərin sözlərinə görə, terrorçular insanlara atəş açarkən "Allahu Əkbər" ("Allah böyükdür") deyə qışqırıblar.

Xatırladaq ki, ötən gün Fransada 3 terror aktı törədilib. Nəticədə 153 nəfər ölüb, azı 200 nəfər yaralanıb.

Aydan Axundova