Fransadakı terrorda azərbaycanlılar da öldürülüb? - Rəsmi açıqlama

14 Noyabr 2015 10:23 (UTC+04:00)

Nazirliyin mətbuat xidmətindən AzNews.az-a daxil olan məlumatda bildirilir ki, XİN-in təlimatı əsasında Azərbaycanın Fransadakı səfirliyi bu ölkədə törədilmiş terror hücumları nəticəsində həlak olan və ya xəsarət alanlar içərisində Azərbaycan vətəndaşlarının olub-olmaması məsələsini Fransanın Xarici İşlər Nazirliyi və digər müvafiq dövlət qurumları ilə təmasda olaraq araşdırır.

Hal-hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarına bu ölkədə elan edilmiş fövqəladə vəziyyət rejiminin tələblərinə riayət etmələri, kütləvi yerlərdən kənar durmaları tövsiyə olunur.